Yaponiya neft ehtiyatının bir hissəsini satışa çıxardı

Yaponiya neft ehtiyatının bir hissəsini satışa çıxardı
  27 Dekabr 2021    Oxunub:814
Yaponiya neft qiymətlərini sabitləşdirmək üçün özünün strateji ehtiyatlarından xam neft satışına başlayıb.
AzVision.az xəbər verir ki, bu barədə Yaponiya Ticarət Departamenti məlumat yayıb. 2022-ci ilin mart-iyun ayları arasında çatdırılmaq şərti ilə Sibuşi anbarından 100 min kilolitr (629 min barel) neft satışa çıxarılıb.

Xatırladaq ki, daha əvvəl ABŞ OPEC-ə təsir etmək və dünya bazarlarında neft qiymətlərini aşağı salmaq üçün Asiya ölkələrinə müraciət edərək strateji ehtiyatlarından neft satışı həyata keçirməyə çağırış etmişdi.

Bir ay əvvəl ABŞ prezidenti Co Bayden Strateji Neft Ehtiyatından (SPR) 50 milyon barel neft satmaq niyyətində olduğunu açıqlamışdı. Eyni zamanda o, bu addımın neftin qiymətinin aşağı salınması üçün birgə səylərə ümid edən Çin, Yaponiya, Hindistan, Cənubi Koreya və Böyük Britaniya ilə razılaşdırıldığını bildirib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Yaponiya  



Xəbər lenti