Nəzarət postlarında silahlı şəxslər saxlanılıb

Nəzarət postlarında silahlı şəxslər saxlanılıb
  27 Dekabr 2021    Oxunub:797
Cəbrayıl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayonun inzibati ərazisində yaradılan nəzarət postlarında aparılan yoxlamalar zamanı bir neçə şəxsdən qanunsuz olaraq əldə edilən müxtəlif növ silah-sursat aşkarlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzVision.az -a verilən məlumata görə, cari il ərzində Cəbrayıl RPŞ-nin əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri çərçivəsində yoxlamalar aparılarkən qanunsuz olaraq silah-sursat əldə edən şəxslər müəyyən edilib.

Həmin şəxslərin barələrində qanunamüvafiq tədbirlər yerinə yetirilib.

Aşkarlanan 1 avtomat, 2 qumbara, 4 minaatan mərmisinə məxsus başlıq, 1 nişangah qurğusu, 1 sandıq və 1749 müxtəlif çaplı partonlar aidiyyəti üzrə təhvil verilib.

AzVision.az



Teqlər: DİN  



Xəbər lenti