Qırğız lideri Prezident İlham Əliyevi təbrik edib
"Hörmətli İlham Heydər oğlu.
Altmış illik yubileyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Əminəm ki, Qırğızıstan və Azərbaycan arasında çoxəsrlik ümumi tarixə, mənəvi və mədəni dəyərlərin yaxınlığına əsaslanan möhkəm dostluq və strateji tərəfdaşlıq əlaqələri xalqlarımızın köklü maraqlarına uyğun olaraq gələcəkdə də dərinləşəcəkdir.
Hörmətli Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, firavanlıq və dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".
AzVision.az
Teqlər: İlham-Əliyev







Vaxtında, Aydın, Lazımlı!


