Sahil parkında 500 ağac əkilib

Sahil parkında 500 ağac əkilib
  27 Dekabr 2021    Oxunub:1245
Bünövrəsi Sahil qəsəbəsinin aktiv gənclərindən ibarət olan Sahil İctimai Birliyinin təşəbbüsü ilə Pandemiya və Müharibədən sonra növbəti uğurlu sosial layihəsini Sahil qəsəbəsi Dənizkənarı parkında reallaşdırıb.
25-26 Dekabr Şəhidlərimizin xatirəsinə "YAŞIL SAHİL 2021" adlı ağacəkmə aksiyası təşkil edilib. Aksiyada Lökbatan qəsəbəsindən Aqronom üzrə təhsil alan tələbələri, Sahil qəsəbəsi məktəblilərin, 16 saylı Bakı Peşə Lisyenin tələbələrinin və könüllü Sahil qəsəbəsi sakinlərinin iştirakı ilə Sahil parkında 500 ağac əkilmişdir.

Sahil İctimai Birliyinin təşəbbüsü ilə təşkil olunan ağacəkmə sosial aksiyaların növbəti illərdə də təşkil edilərək ümumi şəhidlərimizin sayı qədər Sahil qəsəbəsində bir tendensiya olaraq ağac əkillməsi nəzərdə tutulmuşdur.







AzVision.az


Teqlər:



Xəbər lenti