Kral ailəsi bu filmin təqdimatına gəlməkdən imtina etdi

Kral ailəsi bu filmin təqdimatına gəlməkdən imtina etdi
  04 Aprel 2014    Oxunub:960
AzVision.az xəbər verir ki, Monako kral ailəsi "Monako şahzadəsi" filminin premyerasına getməyəcək. Kral ailəsi baş rolda Nikol Kidmanın çəkildiyi Qreys Kelli barədə "Monako şahzadəsi" filminin bəzi kadrlarından narazıdır.

Bu səbəbdən ailə filmin rəsmi premyerasına getməyəcək. Monako kraliçası Qreys Kellinin oğlu şahzadə Albert filmdə yalnız Qreysin tərənnüm olunduğunu, knyaz Renyenin isə arvadına nəzarət edən zəif lider kimi təsvir olunduğunu söyləyib.

Şahzadə atasının nüfuzunun korlayacağından ehtiyatlanır. Kral ailəsi baş prodüseri Pyer-Anj Le Pojamdan filmin nümayiş etdirilməməsi, yaxud bəzi səhnələrdə dəyişiklik edilməsini xahiş etsə də, bu, nəzərə alınmayıb.


Teqlər:





Xəbər lenti