Azərbaycanda ən yaşlı vəkilin 88 yaşı var

   Azərbaycanda ən yaşlı vəkilin 88 yaşı var
  28 Dekabr 2021    Oxunub:715
"2021-ci il tarixində isə vəkilliyə qəbulla bağlı 2 yazılı test imtahanı keçirilib. 05.03.2021 və 02.10.2021-ci il tarixlərdə keçirilən ixtisas imtahanın yazılı test mərhələlərində ümumilikdə 544 namizəd iştirak edib və müvəffəqiyyət qazanan 289 nəfər şifahi müsahibəyə buraxılıb. Keçirilən şifahi müsahibələr nəticəsində vəkillərin sayı 2132-ə çatıb"
AzVision.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib. O qeyd edib ki, bu ilin oktyabrın 2-də keçirilən imtahanda müvəffəqiyyət qazanmış 130 namizədlə hazırda şifahi müsahibə davam edir.

"Hazırda ölkəmizdə 2132 vəkil fəaliyyət göstərir. Onlardan 1752 nəfəri kişi, 380 nəfəri qadındır. 1679 nəfəri Bakıda, 453 nəfəri isə rayonlarda fəaliyyət göstərir.

Ən yaşlı vəkil - Rəcəbova Eleanora Viktorovna - 06.04.1933 – 88 yaş

Ən gənc vəkil – Abdullazadə Xəyalə Nicat qızı – 01.05.1997 – 24 yaş

Eyni zamanda, ötən 3 ildə ölkəmizdə vəkil bürolarının sayı da təxmini olaraq 3 dəfə artmış və hazırda 108-vəkil bürosu vardır ki, onların 70-i Bakı şəhərində yerləşir".

Aytən Zəhra
AzVision.az


Teqlər: Vəkil  





Xəbər lenti