Anar Kərimov nazirliyin gələcək planlarından danışdı

Anar Kərimov nazirliyin gələcək planlarından danışdı
  28 Dekabr 2021    Oxunub:1022
"Bu il bizim, Azərbaycan üçün çox əlamətdar il oldu. Böyük qayıdışın ilk addımları atılır. Biz bu proseslərdən kənarda qalmamışıq".
AzVision.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimovun “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda mətbuat konfransında deyib. Onun sözlərinə görə, nazirlik Azərbaycanın 2030-cu ilə qədər olan mədəniyyət siyasəti üzərində işləyir:

"Bu ilin əvvəlində nazirlik 9 hədəfdən ibarət plan bəyan edib. Birinci plan mədəniyyət sahəsində və idarəetmə sistemində islahatların aparılması idi. Bu bizim üçün prioritet istiqamət idi. Bununla bağlı qeyd etmək istərdik ki, 2030-cu ilə qədər olan Azərbaycanın mədəniyyət siyasəti üzərində işləyirik. Belə ki, 2021- 2023 illər üzrə kommunukasiya strategiyası , 2022- 2025 insan kapitalı startegiyası və siyasəti üzərində işlənilir.

Burada həm yerli, həm də beynəlxalq təcrübə nəzərə alınır. Əsasən beş prioritet istiqamətimiz var. Ümumi olaraq strategiya haqqında deyə bilərik ki, bizim əsas məqsədimiz daha şəffaf sistemin qurulmasıdır. Bu strategiya üzərində müəyyən sənədlər hazırlanır".


Şəhanə Rəhimova
AzVision.az


Teqlər: Mədəniyyət  





Xəbər lenti