Azərbaycan UNESCO-ya müraciət edəcək

   Azərbaycan UNESCO-ya müraciət edəcək
  28 Dekabr 2021    Oxunub:454
Azərbaycan “Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısı”na salınması üçün müraciət edəcəyi sahələri açıqlayıb
AzVision.az xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, gələn il UNESCO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısı”na salınması məqsədilə bir neçə maddi-mədəniyyət nümunələri üzrə müraciət ediləcək: "Bunlar "İpəkçilik və toxuculuq üçün ənənəvi ipək istehsalı", "Sədəf sənəti", "Pəhləvan, ənənəvi zorxana oyunları və idman növləri", "Molla Nəsrəddin şifahi xalq ədəbiyyatı", "Çay mədəniyyəti", "Balaban sənətkarlığı və ifaçılıq sənətləridir".

Şəhanə Rəhimova
AzVision.az



Teqlər: UNESCO  





Xəbər lenti