Qarabağla bağlı bədii film "Netflix"də nümayiş oluna bilər

 Qarabağla bağlı bədii film "Netflix"də nümayiş oluna bilər
  28 Dekabr 2021    Oxunub:2125
"Qarabağ həqiqətlərini göstərən bədii film çəkilişlərinə hazırlaşırıq. Gələn ildən start veriləcək. Bəlkə də "Neftlix" də də yayımlanmasına nail olacağıq".
AzVision.az xəbər verir ki, bunu Mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında deyib. O, bildirib ki, nə qədər çox film çəkilsə bir o qədər yaxşıdır:

"Məhdud imkanlar olsa da, bu istiqamətdə işlər gedəcək. "Qarabağ" futbol klubu ilə bağlı da sənədli film çəkiləcək. Qarabağ mövzusunda bədii film çəkilişinə isə növbəti ildən başlanılacaq".

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Qarabağ  





Xəbər lenti