Üzeyir Hacıbəylinin Şuşadakı ev muzeyi bərpa olunacaq

   Üzeyir Hacıbəylinin Şuşadakı ev muzeyi bərpa olunacaq
  28 Dekabr 2021    Oxunub:1197
"Qarabağda bərpa işləri Şuşadan başlayır. Orada Heydər Əliyev Fondun dəstəyi ilə Mehmandarovların kompleksi, 3 məscid və bir kilsə bərpa olunub".
AzVision.az xəbər verir ki, bunu Mədəniyyət naziri Anar Kərimov deyib. O, Qarabağın dirçəlişinə ayrılan vəsaitlə bağlı da açıqlama verib:

"Qarabağın dirçəlişi üçün nəzərdə tutulan 2.2 mlrd məbləğdən nazirliyə nə qədər ayrılacağını demək tezdir. Hələ məsləhətləşmələr aparılır".

Nazir bildirib ki, Uzeyir Hacıbəylinin ev muzeyinin bərpası ilə bağlı da işlər aparılacaq.

"Kifayət qədər uzun çəkən bir prosesdir. Ancaq növbəti ildə Üzeyir bəyin Şuşadakı ev muzeyi ilə bağlı layihə də hazırlanacaq".

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti