I qrupla bağlı yeni qəbul proqramı hazırlanıb

   I qrupla bağlı yeni qəbul proqramı hazırlanıb
  28 Dekabr 2021    Oxunub:2120
Dövlət İmtahan Mərkəzinin yaratdığı işçi qrupu informatika fənni üzrə kurikulumun təlim nəticələrinin tələblərinə uyğun qəbul proqramı hazırlayıb.
Mərkəzdən AzVision.az -a verilən məlumata görə, proqrama ümumtəhsil müəssisələrinin V-XI sinif dərsliklərində məzmun standartlarının reallaşdırılması üçün verilən mövzular daxil edilib.

2023-cü ildə informatika fənni üzrə imtahan vermək istəyən abituriyentlər bu proqram əsasında imtahana hazırlaşa bilərlər.

Qəbul proqramı ilə verilmiş keçidlərdən ( Azərbaycan rus dillərində) tanış ola bilərsiniz.

AzVision.az


Teqlər: DİM  





Xəbər lenti