Azərbaycanda "omikron" ştamı yoxdur

 Azərbaycanda "omikron" ştamı yoxdur
  28 Dekabr 2021    Oxunub:1077
Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasının "Omikron" ştamına yoluxma faktı qeydə alınmayıb.
AzVision.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev deyib.

Nazirin birinci müavini bildirib ki, "omikron" ştamı indiyə kimi 100-ə yaxin ölkədə yayılıb. Məlumata əsasən, gündəlik olaraq toplanan test nümunələri seçmə üsulu ilə Milli Transsfuziologiya və Hematologiya İnstitutunun genetik laboratoriyasında mütəmadi yoxlanılır.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti