İkinci dozadan 6 ay keçibsə, COVID-19 pasportu ləğv ediləcək

 İkinci dozadan 6 ay keçibsə, COVID-19 pasportu ləğv ediləcək
  28 Dekabr 2021    Oxunub:3004
"Fevral ayının 15-dən sonra COVID pasportu müddətli olacaq".
AzVision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, bu tarixdən sonra COVID pasportların müddəti 6 ay olacaq: "İkinci dozadan 6 ay sonra COVID pasportu öz qüvvəsini itirmiş olacaq. Vaxtı keçmiş COVƏD pasportu ilə bəzi məkanlara daxil olmaq mümkün olmayacaq”.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti