"Quru sərhədlərinin açılması müzakirə edilmir" - Şahmar Mövsümov

   "Quru sərhədlərinin açılması müzakirə edilmir" -     Şahmar Mövsümov
  28 Dekabr 2021    Oxunub:1363
“Azərbaycanın qonşu ölkələrlə quru sərhədləri bağlıdır. Yalnız xüsusi icazə vasitəsilə keçid mümkündür. Bunun üçün Operativ Qərargaha müraciət etmək lazımdır".
AzVision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqində deyib. Onun sözlərinə görə, hazırda quru sərhədlərin açılması məsələsi bugünki vəziyyətdə müzakirə edilmir:

““Omikron” ştammı ilə bağlı təhlükə mövcuddur və gələcəkdə nə olacağı bilinmir. Ümid edirik ki, bu, təhlükə bitəcək və turizmin inkişafına şərait yaranacaq”.

Ş.Mövsümöv qeyd edib ki, elmi tədqiqatlara əsasən restoranların 12-ə qədər işləməsi daha məqsədəuyğundur.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti