Yas mərasimlərinə məhdudiyyətlər ləğv olunacaqmı?- Açıqlama

  Yas mərasimlərinə məhdudiyyətlər ləğv olunacaqmı?-    Açıqlama
  28 Dekabr 2021    Oxunub:1272
“Biz cari ildə böyük məhdudiyyətləri aradan qaldırdıq. Hazırda az sayda məhdudiyyətlər qalıb ki, onlardan biri də yas mərasimləridir”.
AzVision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqində deyib. Onun sözlərinə görə, qərarlar elmi əsaslar və müvafiq praktikalarla bağlıdır:

“Toylarda COVID-19 pasportlarının yoxlanılması, saya nəzarət edilməsi daha asandır. Təəssüf ki, yas mərasimlərində bu, mümkün deyil. Çünki yas yerində fiziki olaraq yaxın məsafə daha çoxdur. Yoluxmanın sürətlə yayılması ehtimalı kifayət qədər yüksəkdir. Buna görə məhdudiyyətlər saxlanılır”.

O qeyd edib ki, “Omikron” ştamı Azərbaycana gəlib-gedəndən sonra bu məsələyə bir daha baxmaq olar.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti