"Ağır xəstəlikləri olan hamilələri vaksinasiyaya dəvət edirik" - Nazir əvəzi

   "Ağır xəstəlikləri olan hamilələri vaksinasiyaya dəvət edirik" -    Nazir əvəzi
  28 Dekabr 2021    Oxunub:1500
"Azərbaycanda hamilə qadınlar arasında vaksinasiya populyar deyil".
AzVision.az xəbər verir ki, bunu Səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev Operativ Qərargahın brifinqində deyib. Onun sözlərinə görə, nadir hallarda hamilələr vaksinasiyadan keçir.

“Bu həmçinin, hamilələrun məcburi vaksinasiya edildiyi ölkələrdə də belədir. Həmin ölkələrdə hamilələrin vaksinasiyası 30 faizi keçmir. Bu insanların tərəddüdü ilə əlaqədardır. Lakin ağır çəkili, şəkərli diabeti və digər ağır xəstəlikləri olan hamilələri vaksinasiyaya dəvət edirik”.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti