"Əməkhaqqı artımı təhsilin keyfiyyətinə müsbət təsir edəcək"- Emin Əmrullayev

   "Əməkhaqqı artımı təhsilin keyfiyyətinə müsbət təsir edəcək"-   Emin Əmrullayev
  28 Dekabr 2021    Oxunub:1397
"Hazırda Azərbaycanın ən ucqar kəndlərində gənclərimiz müəllim işləməyi seçir. Bu gün yüksək bal toplayan abituriyentlərin 4 nəfərindən birinin müəllim peşəsini seçməsi yaxşı göstəricidir".
AzVision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, müəllim olmaq istəyən tələbələr gələcək nəslin uzunmüddətli dövrdə formalaşmasına təsir edir:

"Təkcə fiziki hazırlıq, gənclərin çağırışa qədərki hazırlıq rəhbərlərinin əmək haqqısı deyil, digər müəllimlərin də əmək haqqısı artacaq. Prezident İlham Əliyevin Sərəncamı ilə təhsil işçilərinin əmək haqlarının artırılması təhsilin keyfiyyətinə qısa və uzunmüddətli vədədə müsbət təsir edəcək".

Aytən Zəhra

AzVision.az



Teqlər: Əməkhaqqı   Təhsil   Nazir  



Xəbər lenti