FHN əməkdaşları intihara cəhdin qarşısını alıblar

FHN əməkdaşları intihara cəhdin qarşısını alıblar
  28 Dekabr 2021    Oxunub:705
Bakıda intihara cəhdin qarşısı alınıb. Bu barədə AzVision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Məlumata görə, Yasamal rayonunda 1 nəfər beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən mənzilin eyvanına bərkidilən kondisionerin mühərrik hissəsinin üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

AzVision.az



Teqlər: İntihar   FHN  





Xəbər lenti