"Qara­bağın yenidən qurulmasına töhfə vermək istəyirik" - ASELSAN rəhbəri

   "Qara­bağın yenidən qurulmasına töhfə vermək istəyirik" -    ASELSAN rəhbəri
  29 Dekabr 2021    Oxunub:1245
"PUA-larımızın Qarabağ müharibəsi zamanı istifadəsi zəfərinin qaza­nılmasına böyük töhfə verdi".

AzVision.az xəbər verir ki, bunu Türkiyənin ASELSAN şirkətinin İdarə Heyətinin rəhbəri və baş direktoru Haluk Görgün rəsmi qəzetə müsahibəsində deyib.
"İlk növbədə Azərbaycan xalqını Qarabağ zəfəri münasibətilə təbrik edirəm. Bu, bizim üçün də böyük sevincli hadisədir. Ali Baş Komandan Prezident İlham Əliyevin ortaya qoyduğu iradə və uzun illər bu zəfər üçün gördüyü hazırlıq sonda qələbə gətirdi. Bu müharibədə bütün dünya bizim qardaşlığımızın şahidi oldu, Türkiyə müdafiə sənayesinin gücünü gördü. Xüsusilə PUA-larımızın təsirli şəkildə istifadəsi Qarabağ zəfərinin qazanılmasına böyük töhfə verdi. ASELSAN-ın Azərbaycan Silahlı Qüvvələrinə verdiyi müasir rabitə avadanlıqları və bir çox müxtəlif məhsullar 44 gün davam edən Vətən müharibəsində geniş və səmərəli istifadə olundu", - o vurğulayıb.

O bildirib ki, Vətən müharibəsindən sonra Qara­bağın tamamilə yenidən qurulması üçün Prezident İlham Əliyevin elan etdiyi ağıllı şəhər konsepsiyasına qoşulmaq, ortaya qoyduğu iradəyə, məqsədə dəstək olmaq üçün enerjimizlə, bilgimizlə, bütün imkan­larımızla töhfə vermək istəyirik: "Təbii ki, biz orda olmaq istəyirik. yenidənqurmada ASELSAN-ın yaratdığı bir çox sistem var. Bu istiqamətdə Türkiyədə qurduğumuz və tətbiq etdiyimiz bir sıra layihələr var. ASELSAN nəqliyyatdan başlayaraq sağlıq, ödəniş sisteminə qədər bütün istiqamətlərdə şəhərin mənalı şəkildə idarəsində istifadə edilə biləcək data və netvork əsaslı proqramları həm yazır, həm də layihələndirir. Vətən müharibəsindən sonra Qara­bağın tamamilə yenidən qurulması üçün Prezident İlham Əliyevin elan etdiyi ağıllı şəhər konsepsiyasına qoşulmaq, ortaya qoyduğu iradəyə, məqsədə dəstək olmaq üçün enerjimizlə, bilgimizlə, bütün imkan­larımızla töhfə vermək istəyirik. Biz bu şəhərlərin layihələndirilməsində, dizayn olunmasında məsuliyyət götürərək dəstək vermək arzusundayıq. Bu istiqamətdə bilik və təcrübəmizi bölüşmək üçün aidiyyəti qurumlarla görüşlər keçiririk".

Haluk Görgün xatırladıb ki, oktyabr ayında iştirak etdikləri “Qaraba­ğı yenidən qur 2021” yarmarkası bizim burada əməkdaşlığımızı gücləndirmək baxımından əhəmiyyətli idi: "Bütün aidiyyəti dövlət qurumları və şirkətləri ilə çoxlu görüşlər keçirmək imkanımız oldu. Yaxın vaxtlarda bu sahədə fəaliyyətimizi sürətləndirməyi planlaşdırırıq. ASELSAN olaraq bu istiqamətdə Azərbaycanla hər cür əməkdaşlığa hazırıq".

AzVision.az



Teqlər: ASELSAN  



Xəbər lenti