DSMF-nin gəlir və xərcləri artıb

   DSMF-nin gəlir və xərcləri artıb
  29 Dekabr 2021    Oxunub:926
2021-ci ildə Dövlət Sosial Müdafiəsi Fondunun gəlirləri 5 milyard 152 milyon manat həcmində gözlənilir.
AzVision.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov "2021-ci ilin yekunlarına dair" mətbuat konfransında deyib. O bildirib ki, bu 2020-ci ilin gəlirləri ilə müqyisədə 8,5 faiz çoxdur:

"Məcburi Dövlət Sosial Sığorta (MDSS) haqları 3, 810 milyon manat gözlənilir ki, bu, 2020-ci illə müqayisədə 7,2 faiz çoxdur".

H.Məmimov qeyd edib ki, büdcə təşkilatları üzrə daxil olmaların 1 milyard 380 milyon manat, qeyri-büdcə təşkilatları üzrə daxilolmaların isə 2 milyard 430 milyon manat olması gözlənilir. Bu il dövlət büdcəsindən transfertin həcmi 1 milyard 313, 3 milyon manat təşkil edir.

"DSMF-nin 2021-ci il üzrə gözlənilən xərcləri 4 milyard 841 milyon manat həcmində icra edilib ki, bu da ötən dövrlə müqayisədə 2,8 faiz çoxdur. 2022-ci il DSMF-nin xərclər üzrə proqnozu 5307 manat olacaq. Bu il əhaliyə ödənişlər 4 milyard 716 milyon manat olub ki, bunun 4 milyard 591 milyon manatı əmək pensiyaları, 125 milyon manatı MDSS üzrə müavinət, 125 milyon manatı digər xərclər üzrə olub. Fondun gələn ilə əhaliyə ödənişlər üzrə proqnozlaşdırılan xərcləri 5 milyard 307 milyon manatdır".

Aytən Zəhra
AzVision.az


Teqlər: DSMF  





Xəbər lenti