190 mindən artıq şəxsin əlillik müddəti bitib

190 mindən artıq şəxsin əlillik müddəti bitib
  29 Dekabr 2021    Oxunub:678
Cari ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyin dayandırılması işi həyata keçirilməyib.
AzVision.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov "2021-ci ilin yekunlarına dair" mətbuat konfransında deyib. O bildirib ki, bu il 190 mindən artıq şəxsin əlillik müddəti bitib:


"Müddəti bitən şəxslər təkrar müayinədən keçərək əlillərini təkrar bərpa edə bilərlər. Təkrar əlillik müddəti təyin olunduqdan sonra şəxsin pensiya almadığı 6 aylıq sosial ödəniş onlara ödənilir".

H.Məmişov qeyd edib ki, saxta əlilliyin ləğv edilməsi və dövlət büdcəsinə nə qədər vəsaitini ödənilməsi ilə bağlı rəqəmlər gələn ilin aprel-may aylarında açıqlanacaq.

Aytən Zəhra
AzVision.az


Teqlər: Əlil  



Xəbər lenti