"Topxana meşəsində 44 min ağac əkilib"

"Topxana meşəsində 44 min ağac əkilib"
  29 Dekabr 2021    Oxunub:823
"Zəfər günündə Topxana meşəsinin bərpasına başlanıldı. Orada 44 min ağac əkilib".
AzVision.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib. 

Onun sözlərinə görə, hazırda həmin meşədə bərpa işləri davam edir: "Azad olunan  ərazilərdə minalar hələlik tam təmizlənmədiyindən işləri sürətlə həyata keçirmək mümkün olmur: "Həmin ərazilərdə 20 mindən çox ağac tingi əkilib". 

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib ki, bu il ölkədə 2 milyon ağac əkilib:
"Bunlardan 1 milyonu "Yaşıl marafon" çərçivəsində həyata keçirilib. Meşə ərazilərində 870 ha sahədə 8000-dən çox tinglər əkilib: "Həmin ərazilərə 23 tondan toxum səpilib. Növbəti ildə 3 milyon ağacın əkilməsi planlaşdırılır". 

Aytən Zəhra
AzVision.az


Teqlər: Meşə  





Xəbər lenti