Şvartsenegger 10 il davam edən məhkəmədən sonra boşandı

Şvartsenegger 10 il davam edən məhkəmədən sonra boşandı
  29 Dekabr 2021    Oxunub:3147
Məşhur amerikalı aktyor və siyasətçi, Hollivud ulduzu Arnold Şvartseneger on il davam edən məhkəmə proseslərindən sonra həyat yoldaşı Mariya Şrayverdən rəsmən boşanıb.
AzVision.az xəbər verir ki, bu barədə "TMZ" portalı öz mənbələrinə istinadən məlumat yayıb.

- Arnold və Mariya 2011-ci ildə mediada Şvartseneggerin xadimədən oğlu olması xəbərinin yayılmasından sonra ayrıldıqlarını elan ediblər. Yalnız on il sonra cütlük rəsmi boşanmağa nail ola bildi,-məqalədə yazılıb.

Nəşr yazır ki, məhkəmənin belə uzun sürməsi əmlak bölgüsü ilə bağlı mübahisələrin həllinin çətinliyi ilə bağlı olub. Mənbələrə görə, məhkəmə prosesi təxminən 400 milyon dolları əhatə edib. Nəticədə əmlak demək olar ki, yarıya bölünüb.

Qeyd edək ki, cütlüyün dörd övladı var.

Tural Tağıyev
AzVision.az



Teqlər: Məhkəmə   Boşanma  





Xəbər lenti