Özəl pensiya fondları nə vaxt yaradılacaq?
" Özəl pensiya fondları iki istiqamətdə qiymətləndirilməlidir. Birincisi, nəzərə almaq lazımdır ki, özəl pensiya fondları uzunmüddətli investisiya şirkətləri formasında fəaliyyət göstərəcək. Yəni pensiya fondlarına yatırılan vəsait uzun müddətli investisiyadır, bu vəsaitləri 20-30 il sonra əldə edəcəksiz. Həmin illərdə həmin fondların fəaliyyəti hansı formada təşkil edilnəsi, davam etdirilməsi ciddi şəkildə qiymətləndirilməlidir.
Çünki həmin şəxslərin sosial təminatının gələcəkdə qarşılanması dövlətin əsas öhdəliklərindən biridir. Ona görə bu məsələyə bir qədər həssas yanaşmaq lazımdır. İkinci məsələ isə burada məcburi dövlət sosial sığorta haqlarının məbləğinə baxılmalıdır. Çünki bu, 25 faiz həcmində müəyyən olunub.
Özəl pensiya fondlar yaradılacağı təqdirdə vətəndaşlar tərəfindən o hissə qiymətləndirilməlidir ki, daha artıq qiymətlərdə buna hansı reaksiya verəcəklər. Sözsüz ki, bu qiymətləndirilmələr aparıldıqdan sonra yekun qərarlar qəbul olunacaq. Bununla bağlı ilkin tələblər milli inkişaf tələblərinə də daxil edilib".
Aytən Zəhra
AzVision.az