Havası ən çox çirklənən ərazilər açıqlandı

Havası ən çox çirklənən ərazilər açıqlandı
  29 Dekabr 2021    Oxunub:728
Bu il havanın ən çox çirklənməsi Lökbatanda qeydə alınıb. 
AzVision.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib. 

Onun sözlərinə görə, bu da nəqliyyat hərəkətinin həmin ərazidə çox olması ilə əlaqəlidir:

"Hava çirklənmələri fəsildən fəsilə dəyişir. Ən çox çirklənmə göstəricisi isti dövrdə müşahidə olunur. İl ərzində havanın çirklənməsi ilə bağlı bizim xidmətə 954 müraciətdaxil olub. Araşdırmalar aparılıb və mənbələr müəyyən olunub. Qanunvericilik çərçivəsində cəza tətbiq olunub. Cəza tədbirləri ilə vəziyyəti düzəldə bilmərik. Hər kəs bu işdə öhdəsinə düşəni etməlidir. 11 qaz qarışığı üzərində araşdırma aparılır".

Aytən Zəhra
AzVision.az


Teqlər: Hava  



Xəbər lenti