Nazirlik 26 işi prokurorluğa göndərib

Nazirlik 26 işi prokurorluğa göndərib
  29 Dekabr 2021    Oxunub:1183
Bu il Ekologiya və Təbii Sərvətlər Nazirliyində şikayət xarakterli 2 437 müraciət daxil olub. 
AzVision.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib. 

Nazir müavininin sözlərinə görə, araşdırmaların nəticəsi olaraq 2 488 akt tərtib edilib: "Onlardan 65-i haqqında inzibati xətalar haqqında protokol olub. 441 474 manat qanunsuz meşə qırıntısı ilə bağlı cərimə tətbiq olunub. 124 iş cinayət tərkibi yaratdığından hüquq mühafizə orqanlarına, 26 iş prokurorluğa təqdim olunub".

O qeyd edib ki, son bir neçə ildə 170 meşə mühafizə əməkdaşı işdən çıxarılıb: "155 nəfər barədə ciddi intizam tədbirləri görülüb. 91 nəfərə töhmət və ya xəbərdarlıq elan olunub".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti