QMİ sədri xristian dünyasının liderlərini təbrik edib
QMİ sədri Moskva və Bütün Rusiya Patriarxı Kiril, Bütün Gürcüstan Patriarxı II İliya, Roma Papası Fransisk, Ekumenik Patriarx I Varfolomey, Süryani kilsəsinin patriarxı II İqnatius Afrem, Rumıniya patriarxı Daniel, Maroni kilsəsinin patriarxı Beşara Butrus Rayi, Antioxiya və bütün Şərqin Yunan Ortodoks kilsəsinin patriarxı Yohanna X Yazıcı və digər xristian liderlərinə təbrik məktubları göndərib.
A. Paşazadə yuxarıda adıçəkilən dini liderlərə mesajlarında təbriklərini dilə gətirərək Allah-Taalaya dünyada sülhün, insanlar arasında qarşılıqlı hörmətin və anlaşmanın bərqərar olması üçün dualar edib, dinlər və sivilizasiyalar arasında dialoqun və əməkdaşlığın müstəsna əhəmiyyətini vurğulayıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


