""Omikron"un yoluxuculuq qabiliyyəti yüksəkdir"

""Omikron"un yoluxuculuq qabiliyyəti yüksəkdir"
  29 Dekabr 2021    Oxunub:685
“Digər ölkələrdə “Omikron” ştamına yoluxma halları var və sürətlə yayılır. Təbii ki, bu ştam Azərbaycana da gələcək. Ona görə də əlavə qoruyucu üsul icad olunmayıb. Əhali məsuliyyətli olmalıdır, qaydalara ciddi əməl olunması, qapalı mühitlərdə mümkün qədər az toplaşması, maska istifadəsi, otaqlarda havaların tez-tez dəyişməsi mütləqdir".
AzVision.az  xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib. O bildirib ki, yeni ştam əvvəlkindən yoluxuculuq qabiliyyətinin sürətinə görə fərqlənir:

"Vaksinasiya prosesində iştirak və buster dozanın vurulması tövsiyə olunur. Vaksinasiya nəticəsində formalaşan süni immunitetin artması ölüm və yoluxma sayının azalmasına şərait yaratmış olar".

Aytən Zəhra
AzVision.az


Teqlər: Koronavirus  





Xəbər lenti