Hərbçilərin 88 faizi birinci doza peyvənd olunub

   Hərbçilərin 88 faizi birinci doza peyvənd olunub
  29 Dekabr 2021    Oxunub:778
Azərbaycan hərbçilərinin 88 faizi koronavirusa qarşı birinci doza peyvəndi qəbul edib.
AzVision.az -ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov cari ildə ordu quruculuğu sahəsində görülən işlər və əsas istiqamətlər üzrə yerinə yetirilən tapşırıqlarla bağlı məruzə ilə çıxışında məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan Ordusunda COVID-19 virusunun yayılmasının qarşısının alınması üçün cari ildə Səhiyyə Nazirliyi və TƏBİB ilə koordinasiyalı iş təşkil edilib: "Azərbaycan Ordusunda COVID-19 əleyhinə birinci doza üzrə 88 %, ikinci doza üzrə 72 %, üçüncü doza üzrə isə 8 % hərbi qulluqçuya peyvəndin vurulması təşkil olunub. Qeydə alınmış hər bir COVID-19-a yoluxma halı ilə əlaqədar dərhal epidemioloji müayinə və dezinfeksiya işləri aparılıb".

AzVision.az


Teqlər: Hərbi   Doza  





Xəbər lenti