Prezident MTRŞ-yə 4 milyon manat ayırıb

   Prezident MTRŞ-yə 4 milyon manat ayırıb
  29 Dekabr 2021    Oxunub:367
Prezident İlham Əliyev Azərbaycan Respublikasında özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasında fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının “Azerspace-1” peyki ilə və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına 4,0 (dörd) milyon manat ayrılıb.

AzVision.az

Teqlər: Prezident   İlham-Əliyev  







Xəbər lenti