“Dönər market”dəki zəhərlənmənin səbəbləri açıqlandı
Laborator müayinələr nəticəsində nümunələrdə bağırsaq çöpləri, proteus və klostridilər aşkar edilib. Yəni, məhsullar emal prossesində ikincili çirklənməyə məruz qalıb. İşçi heyət tərəfindən gigiyenik norma və qaydalara, dezinfeksiya rejiminə, həmçinin şəxsi gigiyena qaydalarına əməl olunmaması nəticəsində həm qida məhsullarında, həm də avadanlıqlarda bağırsaq mənşəli mikroflora olan bağırsaq çöpləri və proteus ilə çirklənmə baş vermişdir. Bu fakt bir daha qida məhsullarının emalı zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmasının əhəmiyyətini göstərir. Qeyd olunan mikrofloranın qida məhsulları ilə orqanizmə daxil olması ürəkbulanma, qusma, epiqastral nahiyədə ağrı, halsızlıq, ishal və s. təzahürlərlə özünü göstərə bilər.
Həmçinin aparılan araşdırmalar zamanı “Dönər market” ictimai iaşə müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərməsi aşkar olunub.
Yoxlama zamanı müəssisədə çalışan işçilərin dövri tibbi müayinədən keçmədən fəaliyyət göstərməsi, zərərvericilərə qarşı mübarizə tədbirlərinin (dezinfeksiya, dezinseksiya və deratizasiya) aparılmaması müəyyən edilib.
Hadisəyə hüquqi qiymətin verilməsi üçün aparılan araşdırmaların nəticələri ilə bağlı məlumatlar hüquq-mühafizə orqanlarına təqdim olunub.
AzVision.az
Teqlər: Dönər







Vaxtında, Aydın, Lazımlı!


