"Müharibə veteran"larına ödəniş necə veriləcək?

   "Müharibə veteran"larına ödəniş necə veriləcək?
  30 Dekabr 2021    Oxunub:3273
"Vətən müharibəsində iştirak edən şəxslər "Müharibə veteranı" adları hərbçilərin xidmət keçdiyi müvafiq qurumlar tərəfindən veriləcək.
AzVision.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib. Onun sözlərinə görə, 1 yanvar tarixindən müvafiq qurumlar Nazirlər Kabineti ilə həmin şəxslərin siyahısını razılaşdırmalıdır: "Onlara vəsiqələr veriləcək. Həmin şəxslərin adları elektron sistemlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim ediləcək. Bundan sonra onlara 80 manat məbləğində təqaüdlər veriləcək".

Nazir müavini qeyd edib ki, bu şəxsləri adları "Zəfər" altsisteminə ötürüləcək: ""Vətən müharibəsində iştirak edən şəxslər "Müharibə veteranı" adı və vəsiqəsini alandan sonra ödəniş almaq üçün heç bir quruma müraciət etməli deyillər. Adlarına açılacaq bank kartları vasitəsilə hər ay vəsait ala biləcəklər. Siyahının nə zaman alt-sistemə daxil edilməsindən asılı olmayaraq ödənişlər gələn ilin yanvarın 1-dən hesablanacaq".

Qeyd edək ki, “Müharibə veteranı” adı və vəsiqəsi verilən və aidiyyəti qurumlar tərəfindən “Zəfər” altsisteminə daxil edilən şəxslərə gələn ilin yanvar ayının 1-dən Prezidentin aylıq təqaüdü (80 manat) təyin edilib.

Aytən Zəhra
AzVision.az



Teqlər: Veteran  



Xəbər lenti