47 min aztəminatlı ailəyə 100 manat yardım göstəriləcək

AzVision.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov brifinqdə deyib.
"Bu istiqamətdə vacib addımlar atılacaq. Gələn ilin dövlət büdcəsindən 1,5 milyard manat sosialyönümlü yardımlara xərclənəcək". Nazir müavini əlavə edib ki, əmək pensiyalarının minimum məbləği də artırılıb: "Bu da 65 min şəxsi əhatə edəcək".
Aytən Zəhra
AzVision.az
Teqlər: Müavinət