24 məktəb direktoru işdən çıxarılıb

24 məktəb direktoru işdən çıxarılıb
  30 Dekabr 2021    Oxunub:1168
Bu il 10 yerli təhsili idarəetmə orqanına yeni təyinatlar aparılıb, 24 məktəb direktoru vəzifəsindən azad edilib.
Bu barədə AzVision.az -a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, aparılmış monitorinqlərin nəticəsinə əsasən, 13 Rayon Təhsil Şöbəsinin müdiri, 12 Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi və 138 məktəb direktoru barəsində intizam tənbehi tədbiri görülüb, 9 yerli təhsili idarəetmə orqanının rəhbəri, 1 Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi və 24 məktəb direktoru tutduğu vəzifədən azad edilib.

Nazirlikdən bildirilib ki, 2021-ci ildə 211 nəfər müsabiqə nəticəsinə əsasən ümumi təhsil müəssisəsinin direktoru vəzifəsinə təyin olunub.

AzVision.az

Teqlər: Məktəb   Direktor  







Xəbər lenti