Əli Əsədov rusiyalı həmkarı ilə danışıb

   Əli Əsədov rusiyalı həmkarı ilə danışıb
  30 Dekabr 2021    Oxunub:812
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustin arasında dekabrın 29-da telefon danışığı olub.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AzVision.az -a bildiriblər ki, danışıq zamanı hökumət başçıları Rusiya-Azərbaycan iqtisadi-ticari əməkdaşlığının inkişafının aktual məsələlərini, o cümlədən müxtəlif sahələrdə birgə layihələrin həyata keçirilməsini, həmçinin Müstəqil Dövlətlər Birliyi çərçivəsində qarşılıqlı inteqrasiya fəaliyyətini müzakirə ediblər.

Koronavirus infeksiyasına qarşı mübarizə, əhalinin kütləvi immunizasiyası məsələlərinə xüsusi diqqət yetirilib.

Əli Əsədov və Mixail Mişustin Cənubi Qafqazda iqtisadi əlaqələrin bərpası, nəqliyyat blokadasının açılması istiqamətində Azərbaycan, Ermənistan, Rusiya baş nazir müavinləri səviyyəsində üçtərəfli İşçi qrupunun fəaliyyətinin mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.

AzVision.az


Teqlər: Baş-Nazir  





Xəbər lenti