2008-ci ilin yanvarı Bakıda son 20 ilin ən soyuq yanvarı olub

2008-ci ilin yanvarı Bakıda son 20 ilin ən soyuq yanvarı olub
  30 Dekabr 2021    Oxunub:775
Aparılmış çoxillik iqlim müşahidələrinə görə Azərbaycanda yanvar ilin ən soyuq ayıdır. Arktikadan soyuq hava kütlələrinin müdaxiləsi tez-tez baş verdikdə yanvar ayı nisbətən soyuq keçir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən məlumata görə, çoxillik meteoroloji müşahidələrə əsasən Bakıda yanvar ayı üçün ən soyuq hava 1907-ci il yanvarın 24-də qeydə alınıb. Həmin gün havanın minimal temperaturu -11° təşkil edib.

Son 20 il ərzində 2008-ci ilin yanvar ayının birinci həftəsində atmosfer sirkulyasiyasında dəyişiklik baş verib, orta troposferdə bərqərar olub, hava axınları çox soyuq olan Sibir antisiklonunun cənub enliklərindən hərəkət etməsinə şərait yaradıb.

Həmin antisiklonun təsiri nəticəsində yanvar ayının 3-dən başlayaraq ölkə ərazisində hava şəraiti kəskin dəyişib, anomal şaxtalı hava şəraiti bərqərar olub, temperatur iqlim normasından 10° enib, və yanvarın 8-də -8.7° olub. Həmin il yanvarın 7-də Bakıda ən güclü qar qeydə alınıb. Sutka ərzində 30 millimetr yağıntı düşüb ki, bu da aylıq normanın 128 faizini təşkil edib. Bakıda qar örtüyünün hündürlüyü 44 santimetrə çatıb.

Atmosfer proseslərinin inkişafında isti hava kütlələri üstünlük təşkil edəndə qış mülayim və qısamüddətli olur. Bakı şəhərində ən yüksək temperatur 1979-cu ilin yanvar ayının 4-də qeydə alınıb və həmin gün havanın temperaturu müsbət 22.3° olub. Son 20 il ərzində isə 2007-ci il yanvarın 28-də və 2019-cu il yanvarın 16-da Bakıda havanın maksimal temperaturu 20.1° təşkil edib.

AzVision.az



Teqlər: Hava   soyuq  





Xəbər lenti