Tibbi respiratorlar daha 1 il gömrük rüsumundan azad edildi

   Tibbi respiratorlar daha 1 il gömrük rüsumundan azad edildi
  30 Dekabr 2021    Oxunub:952
Azərbaycana gətirilən tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) respiratorlar daha 1 il gömrük rüsumundan azad edilib, tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalara tətbiq olunan gömrük rüsumlarının müddəti isə 1 il artırılıb.
AzVision.az -ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Beləliklə, 31 dekabrı 2021-ci il tarixinədək Azərbaycana idxal edilən tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) respiratorlar gömrük rüsumundan azad edilib. Bu müddət 31 dekabr 2022-ci ilə qədər uzadılıb. Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskaların isə 1 ədədinə 31 dekabrı 2021-ci il tarixinədək 0,03 ABŞ dolları gömrük rüsumu tətbiq olunmalı idi. Bu müddət də 31 dekabr 2022-ci ilə qədər uzadılıb.

AzVision.az


Teqlər: Tibbi-Maska  



Xəbər lenti