Narkotikin təsiri altında maşın sürən şəxs saxlanılıb

Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edilib. R.Bağırov polis əməkdaşlarına tabesizlik göstərdiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokol tərtib olunub.
Qaradağ Rayon Məhkəməsinin qərarı ilə R.Bağırov 6 ay müddətinə sürücülük hüququndan məhrum edilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.
AzVision.az
Teqlər: DİN