Bakcell-dən yaralanan əməkdaşı ilə bağlı açıqlama

Bakcell-dən yaralanan əməkdaşı ilə bağlı açıqlama
  30 Dekabr 2021    Oxunub:615
Bu gün mediada Qarabağda Bakcell-in əməkdaşının yaralanması ilə bağlı xəbərlər dərc edilib. Hadisə ilə bağlı Bakcell açıqlama yayıb.
"Böyük təəssüflə bildiririk ki, Ağdam rayonunun işğaldan azad olunmuş ərazilərində xidməti vəzifələrini yerinə yetirən əməkdaşlar erməni silahlıları tərəfindən atəşə tutulub. Hadisə nəticəsində yaralanan Anar Rəhimliyə hazırda tibbi xidmət göstərilir və həyatı üçün təhlükə yoxdur. Hazırda Bakcell şirkəti işğaldan azad olunmuş ərazilərimizdə mobil şəbəkənin qurulması istiqamətində genişmiqyaslı işlər aparır və əməkdaşlarımızın Ağdama səfərinin məqsədi də həmin ərazidə mobil şəbəkənin qurulması olub".

AzVision.az


Teqlər:



Xəbər lenti