Müəllim və tələbələrin yeni tələbə uyğun COVID sertifikatı olmalıdır

Müəllim və tələbələrin yeni tələbə uyğun COVID sertifikatı olmalıdır
  30 Dekabr 2021    Oxunub:1340
Gələn il fevralın 15-dən etibarən mülkiyyət formasından asılı olmayaraq bütün elm və təhsil müəssisələri işçilərindən (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatının və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədin, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələb ediləcək.
AzVision.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında dəyişiklik edib.

Eyni zamanda 2022-ci il fevralın 15-dən ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatı və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələb ediləcək. Bu halda yenə də təhsil alanların sayı 200 nəfərdən az olan təhsil müəssisələri istisna olacaq.

Bundan əvvəl 2022-ci il fevralın 1-dən etibarən mülkiyyət formasından asılı olmayaraq bütün elm və təhsil müəssisələri işçiləri üçün (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) COVID-19-a qarşı ən azı 2 doza peyvənd olunmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələbi müəyyənləşmişdi. O cümlədən ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19-a qarşı ən azı 2 doza peyvənd olunmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələb edilirdi. Bu halda da təhsil alanların sayı 200 nəfərdən az olan təhsil müəssisələri istisna idi.

Qeyd edək ki, 2022-ci il fevralın 15-dən COVID sertifikatlarının etibarlılıq müddəti COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı təsdiqləyən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda müddətsiz olacaq. Etibarlılıq müddəti COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda müddətsiz olacaq.

AzVision.az



Teqlər: COVIDsertifikat  





Xəbər lenti