Azərbaycanda avtomobil istehsalı artıb

Azərbaycanda avtomobil istehsalı artıb
  31 Dekabr 2021    Oxunub:801
Yanvar-noyabr aylarında ölkədə 1992 ədəd və ya ötən ilin müvafiq dövrünə nisbətən 350 ədəd çox minik avtomobili istehsal olunub.
Dövlət Statistika Komitəsindən AzVision.az - bildirilib ki, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 399 milyon manatlıq məhsul istehsal edilib. 2020-cu ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 1,6 faiz artıb, maşın və avadanlıqların istehsalı 11,1 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 90,2 faiz azalıb.

AzVision.az


Teqlər: Avtomobil  



Xəbər lenti