Bakıda və Qusarda avtomobil yandı

Bakıda və Qusarda avtomobil yandı
  31 Dekabr 2021    Oxunub:1392
Bakıda və Qusarda avtomobilin mühərrik hissələri yanıb.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, Bakı şəhərinin Sabunçu rayonunda “Chevrolet” markalı minik avtomobilinin qismən mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Qusar şəhərində isə "Mercedes“ markalı minik avtomobilinin mühərrik hissəsi və qismən idarəetmə lövhəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az



Teqlər: FHN  





Xəbər lenti