Britaniya səfiri Azərbaycan xalqını təbrik edib

Britaniya səfiri Azərbaycan xalqını təbrik edib
  31 Dekabr 2021    Oxunub:785
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Azərbaycan xalqını 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib.
AzVision.az xəbər verir ki, diplomat bununla bağlı tviterdə paylaşım edib.

“Əziz dostlar, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə sizi səmimi-qəlbdən təbrik edirəm! 2022-ci ilin daha uğurlu və düşərli olması diləyi ilə Sizə və doğmalarınıza cansağlığı, xoşbəxtlik və firəvanlıq arzu edirəm. Bayramınız mübarək!”, - təbrik mətnində qeyd olunub.



AzVision.az


Teqlər: Səfir   Təbrik  



Xəbər lenti