Zakir Həsənova Vətən müharibəsində yaralanan hərbi qulluqçularla görüşüb

 Zakir Həsənova Vətən müharibəsində yaralanan hərbi qulluqçularla görüşüb
  31 Dekabr 2021    Oxunub:1084
Dekabrın 31-də Müdafiə Nazirliyinin rəhbər heyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub.
Müdafiə Nazirliyindən AzVision.az -a verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin hospitalın ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad edilib.



Müdafiə naziri general-polkovnik Z.Həsənov hospitalda müalicə olunan, o cümlədən Vətən müharibəsində yaralanan bir qrup hərbi qulluqçu ilə görüşərək onların səhhəti və reabilitasiya prosesi ilə maraqlanıb, tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzu edib.

Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təbriklərini hərbi qulluqçulara çatdıraraq dövlətimizin başçısı adından bayram sovqatlarını təqdim edib.











AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti