Şimali Koreyadan yeni hədə

Şimali Koreyadan yeni hədə
  02 Aprel 2013    Oxunub:1253
Şimali Koreya dünyaya meydan oxumağa davam edir.
Rəsmi Pxenyan indi də bir vaxtlar dünyanın kabusuna çevrilən nüvə reaktorlarını yenidən işə salacağını bəyan edib. Dövlət telekanalından verilən açıqlamada sözügedən reaktorların işə düşməsi ilə ölkənin nüvə gücününün kəmiyyət və keyfiyyət baxımından artıracağına diqqət çəkilib.

Xatırladaq ki, Yonbyendəki reaktorlar 2007-ci ildə beynəlxalq ictimaiyyətin ağır təzyiqləri qarşısında bağlanmışdı. Digər tərəfdən rəhbərlikdən müharibə vəziyyəti ilə bağlı göstəriş alan Şimali Koreya ordusu da potensial müharibə ilə bağlı təlimlərini davam etdirir.

Pxenyana qarşı Cənubi Koreyaya hərbi kontingent və müasir silahlar yığan ABŞ hökuməti isə Şimali Koreyada müharibə hazırlığı ilə bağlı bir inkişaf müşahidə olunmadığını bəyan edir.

Bununla belə, həm Cənubi Koreya, həm də ABŞ ordusu Pxenyanın potensial nüvə zərbəsinə qarşı qabaqlayıcı tədbirlər görür. Seulun raketdən müdafiə sistemlərini döyüşə hazır vəziyyətinə gətirməsindən sonra, Pentaqon Koreya yarımadası yaxınlığında üzən döyüş gəmisinin zenit raket qurğularını işə salıb.


Teqlər:





Xəbər lenti