Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub
  31 Dekabr 2021    Oxunub:749
Bakıda yaşayış binasında yanğın baş verib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Nazirliyin “112” qaynar telefon xəttinə Cavadxan küçəsində beşmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğınsöndürmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsi üçün yanğın baş verdiyi ünvana cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər:



Xəbər lenti