Bakıda 8 nəfər “COVID-19” pasportuna görə şənliyə buraxılmayıb

Bakıda 8 nəfər “COVID-19” pasportuna görə şənliyə buraxılmayıb
  01 Yanvar 2022    Oxunub:1253
Dekabrın 31-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 167 toy şənliyinin monitorinqini həyata keçirib.
DİN-dən AzVision.az - a verilən məlumata görə, monitorinq 165 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 2 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

- 8 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

AzVision.az



Teqlər: DİN  



Xəbər lenti