Deputat tibbi xidmətlərə görə ödənilən ƏDV-dən yazdı

Deputat tibbi xidmətlərə görə ödənilən ƏDV-dən yazdı
  01 Yanvar 2022    Oxunub:2090
"Bu gündən etibarən tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilən ƏDV-nin də bir hissəsi geri qaytarılacaq. Vətəndaşlarımız tibb müəssisələrində ödənişlər edən zaman “ƏDV-ni geri al” mexanizmdən istifadə edə biləcəklər. Qeyd edək ki, qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir".
AzVision.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov "Facebook"da yazıb.

Onun sözlrinə görə, əgər vətəndaş tibb müəssisəsində 1000 manatlıq ödəniş edibsə, onun ödədiyi ƏDV 180 manatdır: "Bu halda həmin vəsaitin 15 faizi, yəni 27 manatı vətəndaşımızın hesabına geri qaytarılacaq. Tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyatlarda nağdlı hesablaşmalar 500 manatadək məhdudlaşdırılır. Həmin məbləğdən artıq vəsaitlər yalnız nağdsız şəkildə ödəniləcək. Bu baxımdan, 1000 manatlıq ödəniş yalnız nağdsız olduğu üçün o əməliyyat üzrə 15 faiz geri qaytarma həyata keçiriləcək. 2022-ci ildə sizlərə sağlam həyat arzulayıram, amma tibbi xidmətlərindən istifadəyə ehtiyac olarsa, o zaman ƏDV-ni geri almağı da unutmamaq lazımdır".

AzVision.az



Teqlər: ƏDV  





Xəbər lenti