Sumqayıtda köməksiz qalan uşaq xilas edilib .

Sumqayıtda köməksiz qalan uşaq xilas edilib .
  01 Yanvar 2022    Oxunub:1234
Sumqayıt şəhərində xilasedicilər köməksiz vəziyyətdə qalan uşağı xilas ediblər.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, "112" qaynar xəttinə Sumqayıt şəhəri, 17-ci mikrorayonda 1 nəfər azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal FHN Sumqayıt Regional Mərkəzinin xilasediciləri çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən 2010-cu il təvəllüdlü uşağın beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzildə köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər xüsusi alət və avadanlıqlardan istifadə etməklə mənzilə eyvandan daxil olub uşağı xilas edərək, aidiyyəti üzrə təhvil veriblər.

AzVision.az



Teqlər: FHN  



Xəbər lenti