Dünyada bir gündə 3 min nəfər virusdan ölüb

Dünyada bir gündə 3 min nəfər virusdan ölüb
  03 Yanvar 2022    Oxunub:870
Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 829 min nəfərə yaxın olub.
AzVision.az pandemiyanın onlayn statistikasını aparan “worldometers.info” saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 828 925 nəfər yeni koronavirusa yoluxub, 3 075 nəfər isə pandemiyanın qurbanı olub. Bununla da yoluxanların ümumi sayı 290 594 899, ölənlər isə 5 460 345 nəfərə çatıb.

Ötən sutka ərzində virusa ən çox yoluxma halı (185 122 nəfər) ABŞ-da və bu xəstəlikdən ölüm faktı (811 nəfər) isə Rusiyada qeydə alınıb.

Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (56,1 milyon), Hindistan (34,9 milyon), Braziliya (22,2 milyon), Böyük Britaniya (13,2 milyon), Rusiya (10,5 milyon), Fransada (10,2 milyon) və Türkiyə (9,5 milyon) qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.

AzVision.az


Teqlər: Pandemiya  





Xəbər lenti